RU

Avropa Komissiyası Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə yeni Baş İdarə yaradıb

Avropa Komissiyası Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə yeni Baş İdarə yaradıb.

"Report" xəbər verir ki, bu barədə Avrokomissiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AK Prezident Ursula fon der Lyayenin Aİ-nin daha geniş qonşuluğuna, xüsusilə də Aralıq dənizi regionuna fokuslanmış yanaşma çağırışından sonra belə bir addım atıb.

Məlumata görə, yeni Baş İdarə qarşılıqlı maraqlara əsaslanaraq rifah, təhlükəsizlik və dayanıqlılığı təmin etmək üçün Şimali Afrika, Yaxın Şərq və Körfəz ölkələri ilə güclü tərəfdaşlıq quracaq.

Избранный
3
report.az

1Источники