RU

İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Stokholm Dairə Məhkəməsi Qurani-Kərimin yandırılması ilə bağlı aksiyanın təşkilatçısı Salvan Nacemi təqsirkar sayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən məhkəmə instansiyasının saytında məlumat verilib.
Məlumata görə, yanvarın sonunda güllələnmiş Salvan Momika ilə əlbir olan S.Nacem milli əlamət üzrə nifrətin qızışdırılmasında təqsirkar bilinib. Onun barəsində şərti cəza və cərimə hökmü çıxarılıb.
Məhkəmənin qərarında deyilir:
"Dairə Məhkəməsi hesab edir ki, motiv İslam dininin tənqidi olsa belə, hərəkətlər və davranışlar faktiki müzakirə və tənqiddən kənara çıxıb. Bütün hallarda aksiya iştirakçıları müsəlmanlara nifrət ifadə ediblər".
Избранный
11
1
oxu.az

2Источники