RU

Mahir Emrelinin komanda yoldaşı İPL klubunda


Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi klubun - "Nürnberq"in yunan hücumçusu Stefanos Tsimas İngiltərə Premyer Liqasında çıxış edəcək.

Fanat.Az xəbər verir ki, məlumatı 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti yayıb.

PAOK-dan icarəyə götürdüyü 19 yaşlı forvardın transfer hüquqlarına yiyələnən "Nürnberq" onu "Brayton"a icarəyə verib. Tsimas "qağayılar"a cari mövsümün sonunda qoşulacaq. 

Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm bütün turnirlərdə 18 oyuna çıxaraq 10 qol vurub. O, hazırda komandasının ən yaxşı bombardiridir.

Избранный
9
fanat.az

1Источники