Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən bayram sovqatının (20 tonluq xurma payı) təhvil-təslimi məqsədi daşıyıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov göstərilən diqqətə görə qarşı tərəfə təşəkkür edib.
V.Behbudov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən xidmətlər və sosial müdafiə tədbirləri barədə məlumat verib.
Göndərilən sovqat Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan həssas əhali qruplarından olan 5 min şəxsə paylanıb