RU

Gürcüstan AŞPA-dakı nümayəndə heyətini geri çağırıb

Gürcüstan hökuməti Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin geri çağırılması haqqında qərar çıxarıb.

Day.Az ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin bürösunda keçirilən iclasda məlum olub.

 

"Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmət prinsiplərinə söykənən öz ilkin dəyərlərinə qayıdacağını gözləyirik", - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili büronun iclasında bildirib.

AŞPA-da Gürcüstan nümayəndə heyətinin tərkibinə parlament sədrinin müavini Teya Tsulukiani, deputatlar Givi Mikanadze, Mariam Laşxi, Eka Sepaşvili, eləcə də ehtiyat parlament üzvləri Levan Maçavariani, Rati Lonatamişvili və Zviad Şalamberidze daxildir. Onlar artıq AŞPA sədri Teodoros Rusopulosa müvafiq müraciət ediblər.

Избранный
12
1
day.az

2Источники