RU

Trampın rüsumları bazarı çalxaladı: "Bitcoin" 100 min dollara düşdü

Bazar ertəsi kriptovalyutanın dəyəri düşüb.

Publika.az xəbər verir ki, "Bitcoin" üçhəftəlik minimuma çatıb, efir isə sentyabrın əvvəlindən ən aşağı səviyyəyə düşüb.

Qlobal ticarət müharibəsinin kabusu sərmayəçiləri riskli aktivlərdən imtinaya məcbur edib.

Dünyada ən böyük və ən məşhur kriptovalyuta olan "Bitcoin" bazar ertəsi səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi düşüb. Bu isə üçhəftəlik minimum olan 91,441.89 ABŞ dolları səviyyəsinə kimi enməyə yaxındır. Ondan aşağı pillədə olan efirin dəyəri isə 24 faiz düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü.

Избранный
9
1
publika.az

8Источники