Nigeriya “Ebola” virusu ilə əlaqədar həyəcan vəziyyətindədir
Uqandanın paytaxtı Kampalada Ebola epidemiyası elan edildikdən sonra Nigeriya virusun bütün ölkəyə yayılma ehtimalına qarşı “həyəcan” vəziyyətinə keçib. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris Uqandada Ebola epidemiyası elan edildikdən sonra Nigeriyanın giriş nöqtələrində nəzarət tədbirlərinin artırıldığını bildirib. Nigeriyada hələlik Ebola virusunun olmadığını qeyd edən İdris, “Ancaq NCDC olaraq, müvafiq nazirliklər, qurumlar və tərəfdaşlarla birlikdə Milli İnkişaf Etməkdə olan Viral Qanamalı Xəstəliklər Texniki İşçi Qrupu vasitəsilə xəstəliyi izləməyə davam edirik. “Ölkəmizdə hazırlıq səviyyəsini gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmişik.
İdris ölkədə Ebola vaksinin olmadığını, ancaq virusun bəzi növlərinə qarşı peyvənd və müalicə üsullarının olduğunu bildirib.