RU

Prezident mükafatçısı Ziya Ağa “Ovod” əsəri əsasında hazırlanan tamaşada səhnəyə çıxacaq

Teatr və kino aktyoru, prezident mükafatçısı Ziya Ağa yeni böyük layihəsini teatrsevənlərə təqdim edəcək.

“Report”un məlumatına görə, aprelin 20-də Heydər Əliyev Sarayında İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında səhnələşdirilən eyni adlı tamaşanın premyerası olacaq.

Premyerası olacaq tamaşanı səhnələşdirən və quruluşçu rejissor Xalq artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, ikinci rejissor Oksana Rəsulovadır.

Səhnə əsərində obrazları Ziya Ağa ilə yanaşı, Xalq artisti Vidadi Həsənov, Əməkdar artist İlqar Cahangir, tanınmış aktyorlar Oksana Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və digər aktyorlar ifa edirlər.

Избранный
8
7
report.az

10Источники