RU

“Cathey Pasific” aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib

Bakı. Trend:

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrəuçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər ƏliyevBeynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəbsərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Aeroportun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər ƏliyevBeynəlxalq Aeroportundan, “Airbus A350” təyyarəsi yerli vaxtla saat19:08-də hava limanına uğurla eniş edib.

Bildirilir ki, sərnişinə operativ şəkildə ilkin tibbi yardımgöstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbimüəssisəyə çatdırılıb.

Qeyd edilik ki, fövqəladə hallara operativ reaksiya göstərmək vəsərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etməkməqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıqtəlimləri keçirilir.

Избранный
45
38
az.trend.az

10Источники