“Böyük dəbilqə” turnirlərinin üçqar qalibi Sinnerlə bağlı daha bir maraqlı xəbər var. Yannik yuxarıda göstərdiyimiz səbəbdən İtaliya prezidenti Serco Mattarellanın yanvarın 29-da Romadakı Kvirinal sarayında təşkil etdiyi rəsmi qəbula da qatılmayıb. Yanvarın 29-da keçirilən rəsmi qəbul 2024-də Devis Kubokunda və Billi Cin Kinq kubokunda qələbə qazanan italiyalı tennisçilərin şərəfinə təşkil olunub.
Əslində Sinner “Australian Open”i qazanandan sonra Prezident Sarayındakı qəbula qatılmaqla bağlı şübhəsini dilə gətirmişdi:
“Kvirinala gedib-getməyəcəyimi hələ bilmirəm, bununla bağlı qərar verməmişəm”.
Bu arada Peşəkar Tennisçilər Assosiasiyası Avstraliyadakı turnirdən sonra yenilənmiş reytinqini açıqlayıb. İlk “10-luq”la bağlı əsas dəyişiklik odu ki, bolqar Qriqor Dimitrov buranı tərk edib. Yanvarın 12-də açıqlanan reytinqdə 11-ci olan Tommi Pol isə 9-cu pilləyə yüksəlib. İlk üç yerdə Yannik Sinner, Aleksandr Zeverev və Karlos Alkaras qərarlaşıb.
Qadınların Tennis Assosiasiyası (WTA) da reytinqini yeniləyib. Sıralamada son “Australian Open”in finalçısı Arina Sobolenko liderliyi qoruyut. 2-ci yerdə İqa Şventek, 3-cü yerdə isə Kori Qauff qərarlaşıb. Son Avstraliya turnirinin qalibi Medison Kis birdən-birə 7 pillə irəliləyib.
ATP reytinqi
1 (1*). Yannik Sinner (İtaliya) 11 830
2 (2). Aleksandr Zverev (Almaniya) 8135
3 (3). Karlos Alkaras (İspaniya) 7010
4 (4). Teylor Frits (ABŞ) 5050
5 (6). Kasper Ruud (Norveç) 4160
6 (7). Novak Cokoviç (Serbiya) 3900
7 (5). Daniil Medvedev (Rusiya) 3790
8 (8). Aleks De Minaur (Avstraliya) 3735
9 (11). Tommi Pol (ABŞ) 3495
10 (9). Andrey Rublev (Rusiya) 3130
WTA reytinqi
1 (1). Arina Sobolenko (Belarus) 8956
2 (2). İqa Şventek (Polşa) 8770
3 (3). Kori Qauff (ABŞ) 6538
4 (4). Jasmin Paoliini (İtaliya) 5289
5 (7). Yelena Rıbakina (Qazaxıstan) 4893
6 (6). Cessika Pequla (ABŞ) 4861
7 (14). Medison Kis (ABŞ) 4680
8 (5). Çjen Sinven (Çin) 4095
9 (8). Emma Navarro (ABŞ) 3709
10 (11). Paula Badosa (İspaniya) 3608
* - əvvəlki reytinqdə yerini göstərir.