"Qalatasaray" Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.
Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, son gündə bir oyun baş tutub.
Səfərdə “Qaziantep”lə qarşılaşan “Qalatasaray” növbəti qələbəsini qazanıb. Matç "sarı-qırmızılı" komandanın 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda 57 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 51, “Samsunspor” 40, “Eyüpspor” 39, “Göztəpə” 34, “Başakşəhər” və “Beşiktaş” 32 xal toplayıb.