Bakıda müəllim faciəli şəkildə həlak olub.
"Bakuinfo" xəbər verir ki, keçən ilin oktyabr ayına qədər 54 nömrəli tam orta məktəbdə müəllim işləyən Məryəm Fərmayıl qızı Novruzova yol-nəqliyyat hadisəsi zamanı ölüb.
Mərhumun dəfn mərasimi sabah Masazır qəsəbəsindəki qəbiristanlıqda baş tutacaq.
Qeyd edək ki, M.Novruzova ibtidai sinif müəllimi kimi çalışırdı.