RU

UEFA rusiyalı hakimləri ora dəvət etmədi

Rusiyalı hakimlər Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) hakimlərin təlim-məşq toplanışında iştirak etmək üçün dəvət almayıblar.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFU) Hakimlər Komitəsinin sədri Pavel Kamantsev bildirib.

“Xeyr, UEFA-nın təlim-məşq toplanışına dəvət almamışıq. Amma qış fasiləsində hakimlərimiz BƏƏ, Küveyt, Səudiyyə Ərəbistanında rəsmi oyunlarda çalışıblar. Düşünürəm ki, bu, onlara çempionatın bərpasına əqli və fiziki hazırlaşmaqda kömək etdi və onlar müəyyən qədər pul qazandılar, bu da vacibdir”, – TASS Kamantsevdən sitat gətirib.

Избранный
20
5
publika.az

10Источники