Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binada quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması ilə bağlı elan tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 5 468 819 AZN olub.
Cabir Həsənov
Tarix: 4 Fevral 2025, 08:10