RU

Ərdoğan Suriyaya GEDƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də başlayacaq Ramazan ayı öncəsi Suriyaya səfər etməyi planlaşdırır.

7Times.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb .

Suriya prezidenti Əhməd əl-Şaraa çərşənbə axşamı, fevralın 4-də Türkiyəyə səfər edəcək. Qəzetin yazdığına görə, Şaraa Rəcəb Tayyib Ərdoğanı Dəməşqə səfərə dəvət edəcək və Türkiyə prezidenti Ramazan ayı başlamamış bu təklifi qəbul etmək niyyətindədir.

Bundan əvvəl Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan Dəməşqə səfər ediblər.

Избранный
1
3
7times.az

4Источники