RU

Diqqətsizlik edən sürücü ağır qəza törətdi: Svetofor yerindən qopdu - VİDEO

Bakıda yol hərəkəti qaydalarının pozulması ciddi qəza ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kameraları tərəfindən qeydə alınıb.

Məlumata əsasən, qəza Xəqani Rüstəmov küçəsilə 8 Noyabr prospektinin kəsişməsində baş verib. Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsü yolayrıcında sola dönən zaman, qarşıdan düzünə hərəkətdə olan "VAZ" markalı avtomobillə toqquşub. Güclü zərbənin təsirindən "VAZ" markalı avtomobil aşıb və yol kənarında yerləşən svetoforu qıraraq yerindən çıxarıb. Hadisə nəticəsində həm avtomobillərə, həm də yol infrastrukturuna ciddi ziyan dəyib. Hadisəyə səbəb "Mitsubishi Pajero" markalı avtomobilin sürücüsünün yolayrıcının keçilməsi qaydasına əməl etməməsi olub.

 

Fərid

Избранный
31
7
avtosfer.az

9Источники