RU

Puşkin muzeyində nadir freska nümayiş etdiriləcək

Moskvadakı Puşkin muzeyində e.ə. IV əsrə aid freska nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, döyüşçü təsvir edilmiş freska Akademik Qrabar adına Ümumrusiya İncəsənət Elmi-Restavrasiya mərkəzinin əməkdaşları tərəfindən üzə çıxarılıb.

"Bu təsvirin yanında başqa təsvirlərin olub-olmadığını bilmirik. Amma freska özlüyündə unikaldır. Atın üstündəki döyüşçü dəbilqəsiz və silahsızdır, əlində bayraq var. Bu, o deməkdir ki, döyüşçü qəhrəman kimi döyüşdən qayıdır", - muzeyin mətbuat xidmətindən bildirilib.

Избранный
38
kulis.az

1Источники