RU

Laçında yük maşını aşdı - Sürücü öldü

Laçında yük maşını aşıb.

"Unikal" xəbər verir ki, hadisə dünən gecə saatlarında rayonunun Pircahan kəndi ərazisində baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Aslan Nağızadənin idarə etdiyi “Howo” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Избранный
12
6
unikal.az

10Источники