Azərbaycan Basketbol Liqasında XIV tura bu gün bir oyunla start veriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda "Abşeron" "Naxçıvan"la üz-üzə gələcək.
Abşeron Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Hazırda "Naxçıvan" qrupda 22 xalla ikincidir. Üçüncü olan "Abşeron"un 19 xalı var.
Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.
ABL: “Ordu” “Gəncə”yə, “Quba” “Lənkəran”a qarşı
"Neftçi" yenə məğlub oldu
ABL: XIII turun daha iki görüşü keçiriləcək
Murat Dikmen: “Bu qələbə bizim üçün çox vacib idi”
Erhan Toker: “Bərabər oyun sərgilədik”