RU

Çin ABŞ tariflərinə cavab rüsumları tətbiq edib

Çin ABŞ-dan gələn kömür, mayeləşdirilmiş təbii qaz (LNG), neft və kənd təsərrüfatı avadanlıqlarına cavab rüsumları tətbiq etmək qərarına gəlib...

Poliqon “RİA Novosti” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurası yanında Tarif və Təsnifat Komitəsi məlumat yayıb.

Onun bəyanatında ABŞ-ın kömür və LNG-yə əlavə 15%, xam neft, kənd təsərrüfatı avadanlığı, böyük yerdəyişmə vasitələri və yük maşınları üçün isə 10% tarif tətbiq ediləcəyi bildirilib.

Qeyd edək ki, fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiqi haqqında fərman imzalayıb.

Poliqon.info

Избранный
2
1
poliqon.info

2Источники