RU

Ukrayna ABŞ-yə nadir mədən ehtiyatlarını verməyə razıdır

Ukrayna Trampın tələbi ilə ABŞ-yə öz mədən resurslarına giriş imkanı verməyə hazırdır...

Ukrayna ABŞ prezidenti Donald Trampın müvafiq bəyanatından sonra Birləşmiş Ştatların ölkənin nadir mədən ehtiyatlarına çıxışını təmin etməyə hazırdır.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr Zelenskiyə yaxın ukraynalı mənbədən sitat gətirib: “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”.

Mənbənin sözlərinə görə, Trampın ABŞ-ni Ukraynanın nadir mədən ehtiyatları ilə təmin etməsi ilə bağlı bəyanatı payızda Zelenskinin təqdim olunan “qələbə planı”na uyğun gəlir.

Qəzetin mənbəsi Ukraynanın Trampa əsas resurslar üzrə əməkdaşlıq üçün “xüsusi şərtlər” təklif etdiyini, onların Rusiyaİrandan qorunmasının vacibliyini vurğuladığını bildirib.

Qeyd edək ki, dünən Tramp Kiyevin Vaşinqtona nadir torpaq ehtiyatlarına çıxış təmin edərsə, Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

Poliqon.info

Избранный
3
poliqon.info

1Источники