RU

Yerevanda Azərbaycan mahnısı mübahisə yaradıb

Yerevanda küçədə Azərbaycan dilində mahnı oxunması mübahisəyə səbəb olub.

Ğarib Babayan şəhərdə bir qrupun Qarabağ mahnısı oxuduğu videonu sosial mediada paylaşaraq hökuməti tənqid edib.

"Yerevanın mərkəzi meydanında bir qrup azərbaycanlı Azərbaycan dilində - "Qarabağ" mahnısını oxuyur. Bəs bizim şanlı polisimiz haradadır?", - Ğarib Babayan yazıb.

Bu onun hökumətə və polisə qarşı nifrət, dözümsüzlük və düşmənçilik qızışdırılması və təbliğinə yönəlmiş materiallar yaymaqda ittiham olunaraq həbsinə səbəb olub.

Məhkəmə 70 yaşlı Babayanı sərbəst buraxsa da, onun ictimai çıxışlarını məhdudlaşdırıb.

Keçmiş Stepanakert Universitetinin prorektoru olmuş Babayan baş verənlərlə bağlı şərh verməyib.

Ermənistan ombudsmanı Anahit Minasyan Ğarib Babayana qarşı ittihamlardan narahatlığını bildirib.

Məhkəmə zamanı, binanın qarşısında onun azad edilməsi tələbiylə aksiya keçirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Respublika meydanında azərbaycan dilində mahnı oxuyanlar İran vətəndaşları olub.

Videoya Youtube kanalımızda baxın

Избранный
10
bbc.com

1Источники