RU

Bayden bu agentliklə müqavilə İMZALADI

ABŞ-nin keçmiş prezidenti Co Bayden yaradıcı insanların və idmançıların maraqlarını təmsil edən "Creative Artists Agency" (CAA) ilə müqavilə bağlayıb.

Modern.az xəbər verir ki, məlumatı agentliyin özü yayıb.

“Prezident Bayden Amerikanın milli və qlobal məsələlərdə ən hörmətli və nüfuzlu simalarından biridir. Biz onunla yenidən işləməkdən şərəf duyuruq”, - təşkilatın sədri deyib.

Qeyd edək ki, Bayden vitse-prezident vəzifəsində çalışarkən artıq agentliklə işləyirdi. Onun təşkilatla əvvəlki müqaviləsi 2017-ci ildən 2020-ci ilə qədər davam edib. Onların əməkdaşlığı zamanı Bayden “Mənə söz ver, ata” adlı xatirə kitabını nəşr edib.

"Creative Artists Agency" Los Angelesdə yerləşir. Agentlik adətən kino ulduzları və məşhurlarla işləyir, lakin çox vaxt siyasətçilərin də maraqlarını təmsil edir.

Избранный
5
3
modern.az

4Источники