RU

Paşinyan sülh danışıqlarını uzatmaqla özünə təhlükəsizlik çətiri yaratmaq istəyir- ÖZƏL

"Nikolun həyata keçirdiyi situativ  siyasəti,  regiona sabitlik gətirməyəcək illüziyaları,  bir sözlə nala-mıxa vurması ilə bağlı  demək olar ki, hər gün yazılır, danışılır.  Real vəziyyət ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda kövrək sabitlik üçün təhlükələr  artmaqda davam edir". "Olaylar" xəbər verir ki, bunu ekspert Əkrəm Bəydəmirli deyib: "Paşinyan artıq açıq şəkildə Ermənistanı silahlandırmaq yolunu tutub. Avropa İttifaqının Ermənistandakı missiyasının mandatı daha iki il müddətinə uzadılıb. Bu missiya əslində  Paşinyanın silahlandırma prosesində özünü daha rahat hiss etməsinə dəstək olmaqla bərabər, sülh danışıqlarını uzatmaqla özünə təhlükəsizlik çətiri yaratmaq cəhdindən xəbər verir.

Digər tərəfdən Ermənistanda separatçı ünsürlərin mütəmadi olaraq yığılıb qondarma "Arçax"ı  diriltmək cəhdləri ilə bağlı məlumatlar yayılır. Belə məkrli, təxribatçı addımların heç bir  gələcəyi olmasa da, sülh prosesinə əngəl yaratmaq, nisbi sabitliyi pozmaq cəhdidir. Həmçinin  belə addımlar Azərbaycana gələcəkdə təzyiq alətləri kimi də istifadə oluna bilər. Bir sözlə möhkəm, davamlı sülhü regionda gözləmək əbəsdir. Müşahidələr göstərir ki, hay toplumu düzələnə oxşamır. 
  
Reallıq onu göstərir ki, hay məmləkətinin silahlanması, Paşinyanın belə davranışları əksinə müharibə riskini gündən-günə artırır. Deməli, zəhərli ilanın başı  mütləq əzilməlidir. İstər diplomatik sferada, istərsədə də hərb meydanında davamlı, qabaqlayıcı addımların atılması zəruridir. Biz gözləməməliyik ki, Ermənistan sürətlə silahlansın və bir gün Azərbaycana qarşı iddialı tələblər  irəli sürsün. Arxayınçılıq, mövcud silahlanma prosesinə  əhəmiyyət verməmək yaxşı gələcək vəd etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
1
olaylar.az

2Источники