RU

Ronaldo: Tarixin ən yaxşı futbolçusuyam, məndən yaxşısını görməmişəm

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə La Sexta portalı məlumat yayıb.

"Mən futbol tarixinin ən yaxşı bombardiriyəm. Düşünürəm ki, tarixin ən yaxşı futbolçusuyam, məndən yaxşısını görməmişəm. Mən bunu ürəkdən deyirəm. Hələ də məşq etmək və oynamaq istəyi ilə meydana çıxıram. Bəlkə də əvvəlkindən bir az, amma bu mənim həvəsimdir, gördüyüm işi sevirəm, çətindir, amma davam edirəm", deyə Ronaldo bildirib.

Fevralın 5-də Ronaldonun 40 yaşı tamam olur. Fevralın 3-də "Əl-Nəsr" Asiya Çempionlar Liqasının VII turunun ev oyununda BƏƏ-nin "Əl Vasl" klubuna 4:0 hesabı ilə qalib gəlib və Ronaldo iki dəfə fərqlənib. İndi onun aktivində 23 qol var.

Ronaldo karyerasının böyük hissəsini - 2009-2018-ci illərdə "Real Madrid"də keçirib. O, həmçinin "Sportinq", "Yuventus" və "Mançester Yunayted"də də oynayıb. Portuqaliyalı ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından "Əl-Nəsr"lə müqavilə imzalayıb. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya güzəşt edilib və övladlarının anası ilə birgə yaşamağa icazə verilib.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники