RU

Vətəndaşların piyada keçidi ilə şikayəti həllini tapdı - Avtosfera.az-a TƏŞƏKKÜR - VİDEO

Paytaxtın Binəqədi rayonu Abay Kunanbayev küçəsinə piyada keçidi nişanı quraşdırılıb.

Bu barədə təlimçi Arzu Babazadə məlumat verərək Avtosfer.az saytına və aidiyyəti qurumlara təşəkkürünü bildirib. Onun sözlərinə görə, qeyd olunan ərazidə piyada keçidi nişanının olmaması vətəndaşların həyatını təhlükəyə atırdı: “Yaxınlıqda nişan quraşdırılmadığı üçün piyadalar yolu təyin olunmamış yerdən keçirdilər. Eyni zamanda nişanın olmaması sürücülərin yüksək sürətlə hərəkət etməsinə şərait yaradırdı”. 

Təlimçi bildirib ki, xoşagəlməz mənzərə işıqlandırıldıqdan sonra piyada keçidi nişanı aidiyyəti qurumları tərəfindən təşkil edilib. 

Qeyd edək ki, bu məsələ bir müddət öncə saytımızda dərc olunmuşdu. 

Nərmin

Избранный
13
avtosfer.az

1Источники