Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Bakıda Yunanıstan yığmasını qəbul edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmaya saat 20:00-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub – 2:9.
AÇ-2026-nın əsas seçmə mərhələsi
5-ci qrup
4 fevral
20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
Xallar: Xorvatiya – 3. Yunanıstan – 3. İsveç – 1. Azərbaycan – 1.