Türkiyə valyuta birjalarında dollar və avro lirə qarşısında bahalaşıb.
“Cebheinfo.az” xəbər verir ki, dollar 0.18 faiz bahalaşaraq 36.04 lirəyə yüksəlib.
Bu da dolların lirə qarşısında son illərdəki ən yüksək məzənnəsidir.
Avro isə 0.14 faiz bahalaşıb. Hazırda 1 avro 37.12 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir.