RU

İmişlidə oğurlanan qadın Salyanda tapıldı - Saxlanılanlar var

11:03 04.02.2025
11:03 04.02.2025

İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Mynews.az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu "Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib.

Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Избранный
654
29
mynews.az

10Источники