RU

Qazaxıstan əhalisinin sayı açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Milli Statistika Bürosu 2025-ci il yanvarın 1-nə ölkə əhalisinin sayını açıqlayıb.

Hafta.az-ın “Tengrinews”a istinadən yazdığına görə, yanvarın 1-nə olan tarixdə Qazaxıstanda 20 milyon 286 min 84 nəfər yaşayır. 2024-cü ildə qazaxların sayı 252242 nəfər artıb. Hazırda ölkənin üç şəhərində və dörd vilayətində bir milyondan çox insan yaşayır.

Ən sıx məskunlaşan bölgələr Almatı və Türküstan vilayətləridir ki, burada müvafiq olaraq 2 milyon 292 min 333 və 2 milyon 154 min 334 nəfər yaşayır. Eləcə də, Astana vilayətinin 1 milyon 528 min 887 nəfər və Almatı vilayətinin 1 milyon 560 min 377 nəfər əhalisi var.

Həmçinin, bir milyondan çox əhalisi olan şəhər və vilayətlər sırasında Çimkənd (1 milyon 256 min 263 nəfər), Cambıl (1 milyon 222 min 513 nəfər) və Qaraqanda (1 milyon 133 min 984 nəfər) var.

Əhalinin ən yüksək artım sürəti Astanada müşahidə edilir. Paytaxtda bu göstərici 6,91 faiz təşkil edib. Müqayisə üçün qeyd edək ki, Almatı və Çimkənddə bu göstəricilər 2,86 və 2,80 faiz olub. Əhalinin 12 milyon 774 min 743 nəfəri şəhərlərdə, 7 milyon 511 min 341 nəfəri isə kənd yerlərində yaşayır.

Избранный
3
hafta.az

1Источники