RU

Paşinyandan ABŞ-də Cənubi Qafqazda sülhə dair açıqlama

“Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-nin siyasi elitası üçün prioritet olacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əgər məndən ABŞ nöqteyi-nəzərindən Ermənistanın dəstəklənməsinə dair hansı vasitənin daha effektiv olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhə nail olunması gündəliyinin ABŞ-nin siyasi elitasının prioritetlər siyahısına daxil edilməsi çox vacib olardı”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, N.Paşinyan fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.

AzNews.az

Избранный
2
3
aznews.az

10Источники