RU

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə naziri Fərid Əhmədov 2025-ci il fevralın 14-də Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.
Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı fevralın 13-dək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi, 17, əlaqə telefonu: (021) 215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (daxili nömrə: 10 941) nömrəli telefonu və [email protected] imeyl ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Избранный
9
2
oxu.az

10Источники