Transfer çalışmalarını davam etdirən "Qalatasaray" daha bir futbolçunun keçidini bitirmək üzrədir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" "Vulverhempton"dan Mario Lemina ilə anlaşıb. Bu barədə "Beinsports" məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi müqavilə imzalamaq üçün İstanbula gəlib.

"Cim-Bom" Marionu 2019/20 mövsümündə "Southempton"dan icarəyə götürüb. Futbolçu 5 il sonra yenidən "aslanlar"ın arasına dönmüş olacaq.

Qeyd edək ki, Lemina bu mövsüm İngiltərə çempionatında 19 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürmyə imza atıb.