RU

“... Bu məbləğ bizə çatmayıb”

Yanvarın 21-də Ukraynaya yardımla bağlı danışan ABŞ prezidenti Donald Tramp “AB-dən qat-qat çox 200 milyard dollar göndərmişik. Biz axmaqmıyıq?” sualına Vladimir Zelenskidən cavab gəlib.

Amerikanın “Associated Press” (AP) xəbər agentliyinə müsahibə verən Ukrayna prezidenti ABŞ Konqresinin təsdiqlədiyi yardım məbləğinin 175 milyard dollara çatdığına da diqqət çəkib və bu açıqlamaları verib: “Müharibə şəraitində olan bir ölkənin prezidenti kimi bunu sizə deyə bilərəm. İnsanlar 177 milyard dollardan, hətta 200 milyarddan danışırlar, amma bu məbləğ bizə heç vaxt çatmayıb”.

75 milyard dolları aşan yardımın əhəmiyyətli hissəsinin silah olaraq gəldiyini deyən Zelenski sözlərinə belə davam etdi: “Bütün bu pulların hara getdiyini bilmirəm. Düzdür, bu, kağız üzərində, bəlkə də yüzlərlə müxtəlif proqram çərçivəsində gəlib. Bunu müzakirə etmirik və hər şeyə görə çox minnətdarıq, amma reallıqda bu, 76 milyard dollar civarındadır”.

2022-ci ilin fevralında başlayan Rusiyanın işğalı ilə ABŞ Konqresi Kiyevə ümumilikdə 175 milyard dollar yardım vəd edib.

Almaniyada yerləşən Kiel İnstitutunun rəqəmlərinə görə, ABŞ 2024-cü ilin oktyabrına qədər 92 milyard dollar yardım göstərib. Eyni dövrdə Aİ ölkələri və Böyük Britaniyadan gələn yardımın 131 milyard dollara çatdığı təxmin edilir.

Tramp Ağ Evə qayıdan kimi xarici yardımla bağlı mühüm addım atdı. Xarici yardımın 90 gün müddətinə dayandırılması qərarının alındığı, yardımın təsirinin və yeni administrasiyanın xarici siyasətinə uyğunluğunun bu müddət ərzində qiymətləndiriləcəyi vurğulanıb.

Hərbi dəstəklə bağlı İsrail və Misirə istisnalar verilsə də, Ukraynanın bu iki ölkə arasında yer almaması diqqət çəkib.

Yanvarın 20-də ofisini Donald Trampa təhvil verən Co Bayden bundan bir qədər əvvəl – yanvarın 9-da verdiyi açıqlamada Ukraynaya 500 milyon dollar dəyərində sursat yardımı göndəriləcəyini açıqlamışdı.

Избранный
21
vaxt.az

1Источники