RU

FHN yanğın təhlükəli marketin fəaliyyətini dayandırıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətisəlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğıntəhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirləringörülməsini davam etdirir.

Trend xəbərverir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindənBalakən şəhərində yerləşən “Balməkan” marketində keçirilən yoxlamazamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudolduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətrafmühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığımüəyyən edilib. Belə ki:

- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiyasistemi nasaz vəziyyətdədir;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektriknaqilləri yanar materialların üzəri ilə çəkilib, elektriktəsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərinizolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb;

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilərazılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişBalakən şəhərində yerləşən “Balməkan” marketinin fəaliyyətinindayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsiobyektin nümayəndəsinə təqdim edilib.

Məqalədə:
Избранный
17
22
az.trend.az

10Источники