Bakı, 4 fevral, AZƏRTAC
Respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək özlərini təhlükəyə atan piyadalara rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində isə yolda nəzarətsiz qalan azyaşlıların köməyinə ərazidə xidmət aparan Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları çatıb.
Baş Dövlət Yol Polisi İdarəsi valideyn məsuliyyətsizliyindən qaynaqlanan belə halların həmişə xoş sonluqla bitmədiyini xatırladır və bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə, hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!