RU

“Referans” klinikası daha bir uğura imza atıb - FOTO

Artıq bütün qaraciyər xəstəliyi olanlar bir mərkəzdə bütün müayinələrdən keçərək müalicə ala biləcəklər. Səhiyyəmizin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirən “Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” bu dəfə daha bir uğura imza atıb.

Modern.az xəbər verir ki, “Klinik Laboratoriya və Poliklinika Mərkəzi”nin Nəsimi filialı  daxilində "Qaraciyər Xəstəliklərinin Müalicə və Diaqnostika Mərkəzi" fəaliyyətə başlayıb.

“Referans”ın təqdim etdiyi yeni mərkəz peşəkar mütəxəssislərdən ibarət komanda, müasir tibbi avadanlıqlarla təchiz edilmiş müayinə otaqları və hər bir pasiyentə fərdi yanaşma prinsipi ilə fərqlənərək qaraciyər sağlamlığını əhatə edən geniş və kompleks tibbi xidmətlər təqdim edir.

Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayevnın rəhbəri olduğu Mərkəzdə hər növ qaraciyər xəstəlikləri, hepatitlər daxil olmaqla bütün diaqnostik müayinələr, laborator və “Fibroscan” müayinəsi ən son metodlarla və dəqiqliyə sahib cihazlarla həyata keçirilir. 
Mərkəzin əsas üstünlüyü qaraciyər problemi ilə müraciət edən pasiyentlərin qaraciyər xəstəliklərinin təyinində ən əhəmiyyətli müayinələrədən biri olan “Fibroscan” (Fibroscan  cihazı) və USM müayinələrindən keçərək dəqiq diaqnozunun təyin edilməsidir. “Fibroscan” müayinəsi beynəlxalq protokollarda öz əksini tapmış qaraciyər sirrozunu və fibroz dərəcəsini dəqiq təyin edən müayinə metodudur.

Müayinə aparıldığı “Fibroscan” cihazının üstünlükləri isə qaraciyərin fibroz səviyyəsini qeyri-invaziv və sürətli şəkildə ölçərək, ağrısız və dəqiq nəticələr təqdim edir. Bu cihaz, qaraciyər xəstəliklərinin erkən aşkar olunması və izlənməsi üçün effektiv bir üsuldur. Virus hepatitləri (B;C;D), alkoqol hepatitləri, qaraciyərin piy distrofiyası, autoimmun hepatitləri, qeyri-müəyyən mənşəli qaraciyər xəstəlikləri, şəkərli diabet və digər endokrin xəstəliyi olan pasiyentlərdə “Fibroscan” müayinəsi vacibdir.

Təhlükəsiz, qeyri-invaziv, ağrısız, 5-7 dəqiqə müddətində müayinə tamamlanır və 99% dəqiqliklə nəticə təqdim olunur.

Избранный
2
2
modern.az

4Источники