RU

Saxtakarlıqlara görə, ABŞ ildə 700 milyard dollar itirir –İlon Mask

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, hökumətdəki saxtakarlıqlar nəticəsində ölkə büdcəsi hər il təxminən 700 milyard dollar itirir.

AzPost bildirir ki, bu barədə Mask özünün X hesabında paylaşım edib.

“Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir”, – deyə paylaşımda bildirilir.

Bundan əlavə, Maskın hesablamalarına görə, ödənişlərin ən azı 15%-i təxminən 1 trilyon dollar Amerika rəsmiləri tərəfindən mənimsənilir.

Избранный
1
3
azpost.info

6Источники