RU

Aktau və Kurık limanları vasitəsilə İrana Qazaxıstan taxılının daşınması yanvarda 23 dəfə artıb

Bu ilin yanvar ayında Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə İrana daşınmış taxılın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23 dəfə çox olub.

“Report”un Qazaxıstan bürosu "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay Qazaxıstanda dəmir yolu nəqliyyatı ilə 1,1 milyon tona yaxın taxıl daşınıb. Bu isə 1 il əvvələ nisbətən 35 % çoxdur. O cümlədən, ixrac yükləri 36 % artaraq 839 min ton, ölkədaxili daşımalar isə 33 % artaraq 217 min ton təşkil edib. Aktau və Kurık limanları vasitəsilə İrana taxıl daşımaları 23 dəfə artaraq 121 min tona çatıb. Hesabat ayında Özbəkistana ixrac 23 %, Tacikistana 18 %, Türkmənistana 3 dəfə, Qırğızıstana isə 4 dəfə artıb.

Ötən ilin sentyabrından bu ilin yanvarına qədər isə dəmir yolu nəqliyyatı ilə taxılın daşınma həcmi isə 6,1 milyon ton təşkil edib. Bu da illik müqayisədə 47 % çoxdur.

"Daşınan taxılın əsas hissəsini ixrac tədarükləri təşkil edir. Onlar 53 % artaraq 4,8 milyon tona çatıb. Daxili daşımalar da müsbət dinamika göstərərək 28 % artaraq 1,3 milyon tona çatıb", - məlumatda qeyd olunub.

Ən böyük taxıl həcmləri Mərkəzi Asiya ölkələrinə - 2,7 milyon ton göndərilib. Bu da əvvəlki ilə nisbətən 36 % çoxdur. Aktau və Kurık limanları vasitəsilə İrana tədarüklər göstərilən dövrdə 29 dəfə artaraq 576 min tona çatıb.

"Rusiyaya daşımalar məhdudiyyətsiz həyata keçirilir. Rusiyaya ixrac və tranzit 660 min tondan çox təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94 % çoxdur", - qurumdan bildirib.

Rusiya və Baltikyanı limanlar vasitəsilə tranzit daşımalar 100 min ton həcmində ötən ilin səviyyəsində qalıb.

Избранный
5
1
report.az

2Источники