RU

Bu il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

İKZF-dan AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:

- Adi ipoteka kreditləri üzrə: Fevralın 6-sı saat 10:00-dan.

- Güzəştli ipoteka kreditləri üzrə: Fevralın 7-si saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya “ASAN İmza” vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Избранный
5
49
azertag.az

10Источники