RU

Qərbi Azərbaycanın Göyçə mahalından olan deputatımız Paşinyana səsləndi: İki qəpiklik dəyəri olmayan "sülh kəsişməsi" layihənizi unudun!

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Baş nazirin sözlərinə görə, İrəvan Azərbaycana çox konkret təklif verib: "Bu, hətta təklif deyil, bu, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir. Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm də Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik. Təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun. Amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə".

Baş nazir qeyd edib ki, o cümlədən, beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistana şərait yaradılsın: "Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik. İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, mən başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq".

Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir: "Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil". Paşinyanın Zəngəzur dəhlizinə Ermənistanın jurisdiksiyasının tətbiq etmək istəyi hansı müəmmalara yol aça bilər?

Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, suverenliklərinə hörmət edirlər.

Deputat bildirib ki, bu məsələlər sülh müqaviləsi layihəsinin mətnində də yer alıb. Amma Nikol Paşinyanın açıqlamasında Zəngəzur dəhlizində "hərəkətin maneəsiz təmini" ilə yanaşı, gündəmə gətirdiyi "Ermənistanın yurisdiksiya çərçivəsində" artıq ziddiyətli məqamları ortaya qoyur:

"Azərbaycan Ermənistanın suverenliyini sual altında qoymur.Yurisdiksiyanın tətbiqi isə dövlətin və hökumətin səlahiyyətlərinə aid çoxsaylı məsələlərin icrasını ehtiva edir. "Sabah yurisdiksiyanın tətbiqi çərçivəsində sərhəd kontrolu, gömrük rüsumu nəzərdə tutula bilər, pasport yoxnalışı ola bilər. Yəni dövlətin öz yurisdiksiyasını icra etməsi çox geniş anlam ifadə edir. O baxımdan Paşinyanın maneəsiz gediş-gəlişin təmin olunması və yurisdiksiya məsələsini paralel olaraq qabartması yeni suallar doğurur. Yurisdiksiya maneəsiz gediş-gəlişin təmin olunmasında məhdudlaşdırmalara səbəb ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bildirdi ki, Azərbaycanın Azərbaycana gediş-gəliş maneəsiz təmin olunmalıdır. Burada da, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə heç bir gömrük nəzarətindən, sərhəd yoxlanışından söhbət gedə bilməz. Ermənistan tərəfi yurisdiksiya deməklə gələcəkdə dəhlizdə görmük nəzarətini, sərhəd yoxlanışı kimi məsələləri tətbiq edə bilər. Paşinyan ehtimal ki, məhz bunu nəzərdə tutur".

Избранный
10
aznews.az

1Источники