RU

Güney Azərbaycan və İran şəhərlərində təqaüdçülər etiraza qalxdılar

İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyasını dünən yenidən Sınandaş (Sənəndəc), Zəngan, Təbriz və Şiraz şəhərlərində keçiriblər. Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verib.

Məlumata görə, Rabitə Nazirliyinin yerli idarəsinin qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Əllərində tələblərinin əks olunduğu plakatlar tutan etirazçılar bildiriblər ki, Rabitə Nazirliyi rabitə şirkətlərinin səhmdarlarını dəstəkləyir, işçilərin və pensiyaçıların hüquqlarının pozulmasına göz yumur.

Qeyd edək ki, təqaüdçülər 3 ilə yaxındır ki, eyni tələblərlə etiraz aksiyası keçirsələr də, onların problemləri həllini tapmayıb.

visiontv.az



Избранный
4
visiontv.az

1Источники