RU

"Çelsi"nin futbolçusu Aston Villada - RƏSMİ

"Çelsi"nin futbolçusu Aksel Disasi karyerasını "Aston Villa"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı Birmingem təmsilçisinin mətbuat xidməti yayıb.

Fransa millisinin heyətində dünya çempionatının gümüş medalını qazanmış 26 yaşlı oyunçu cari mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, cari mövsüm Disasi "Çelsi"nin heyətində bütün turnirlərdə 17 matçda çıxaraq 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Избранный
2
fanat.az

1Источники