ABŞ-də Kaliforniya Universitetinə qarşı "universitetə qəbul zamanı qaradərili və Latın Amerikalı namizədlərə üstünlük verməklə irqi ayrı-seçkilik" ittihamı ilə iddia qaldırılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, irqi ayrı-seçkiliklə mübarizə məqsədilə yaradılmış tələbə qrupu Kaliforniya Universitetini məhkəməyə verib.
Tələbələr universitetin “qaradərili və Latın Amerikalı namizədlərə üstünlük verərək irqi ayrı-seçkiliyə” məruz qaldığını iddia edərək, qəbul prosesində irqin nəzərə alınmamasını tələb ediblər.
Kaliforniya Universitetinin sözçüsü, irqin qəbul prosesində faktor olmadığını və irq və etnik mənsubiyyət məlumatlarının statistik məqsədlər üçün toplandığını söyləyib.