![Türkiyədə](https://ulusum.az/uploads/posts/2025-02/5091a4be1a_pcqgisxtqbbvatxsncb7xxextb4v7z9xiuenr9kk_1200.webp)
Türkiyə məhkəməsi Mehmet və Fatih Aydın qardaşlarını 45 376 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onlar fermerlər üçün bank kimi təqdim edilən, əslində isə maliyyə piramidası olan "Çiftlik Bank" adlı sxemi quraraq 4582 nəfəri aldadıblar.Maliyyə piramidası çökdükdən sonra qardaşlar Braziliya və Uruqvayda gizlənsələr də, Türkiyə hakimiyyəti onların ekstradisiyasına nail olub. “Ulusum”.az xəbər verir ki, İstiklal qəzetinin məlumatına görə, prokurorluq onların 88 302 il həbs cəzası almasını tələb etsə də, məhkəmə "səxavət" göstərərək cəzanı yarıya endirib.Onlar dələduzluq, çirkli pulların yuyulması və cinayətkar təşkilata rəhbərlik maddələri ilə günahkar bilinsələr də, özlərini günahsız elan edərək bəraət istəyiblər.Səidə
Diqqət Çəkənlər
Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir
Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir
Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər