Fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Titul.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə - Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astarada yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° enəcək.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!