RU

ABL: XIV tur start götürür

Azərbaycan Basketbol Liqasında XIV tura bu gün bir oyunla start götürəcək.

Fanat.Az xəbər verir ki, A qrupunda "Abşeron" "Naxçıvan"la üz-üzə gələcək.

Abşeron Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Hazırda "Naxçıvan" qrupda 22 xalla ikincidir. Üçüncü olan "Abşeron"un 19 xalı var.

Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.

Избранный
2
fanat.az

1Источники