RU

Ərdoğan və əl-Şaraa Suriyadakı türk bazalarını müzakirə edəcəklər - Reuters

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa bu gün ərəb respublikasında türk hərbi bazalarının yaradılmasını da əhatə edə biləcək birgə müdafiə sazişini müzakirə edəcəklər.

“İki sahil” xəbər verir ki,  bu barədə Dəməşq və Ankaradakı mənbələrə istinadla Reuters agentliyi məlumat yayıb.

“Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çərşənbə axşamı Ankarada Suriyanın mərkəzində Türkiyə hava bazalarının yaradılması və yeni Suriya ordusunun təlimi də daxil olmaqla birgə müdafiə sazişini müzakirə edəcəyi gözlənilir" - Reuters yazır.

Əhməd əl-Şaraanın fevralın 4-ü Ankaraya gələcəyi gözlənilir. “Türkiye”nin xəbərinə görə, Suriya liderinin 2011-ci ildən sonra Türkiyəyə ilk səfəri zamanı prezidentlər “çoxsaylı” sazişlər imzalayacaq və “terrorizmlə mübarizəyə xüsusi önəm verilməklə geniş spektrli məsələləri” müzakirə edəcəklər. Bundan əvvəl türk nəşri ərəb mənbələrinə istinadən Türkiyə rəhbərliyinin Suriyada iki hərbi baza tikmək və orada F-16 qırıcılarını yerləşdirmək planları barədə məlumat yayıb.

Избранный
10
1
ikisahil.az

2Источники