RU

Apple-dan Avropa İttifaqına etiraz- iOS üçün porno tətbiqi qalmaqalı

Apple-dan Avropa İttifaqına etiraz. Apple iOS üçün ilk porno proqramın Avropa İttifaqında alternativ proqram mağazaları vasitəsilə yükləmək üçün əlçatan olması ilə bağlı dərin narahatlığını ifadə edib.

AzPost xəbər verir ki, bu barədə korporasiyanın nümayəndəsi Piter Ajemian məlumat verib .

Onun sözlərinə görə, porno proqram uşaqlar üçün təhlükəsizlik riskləri yaradır və Apple ekosisteminə olan inamı sarsıdır. “Apple bu proqramı dəstəkləmir və heç vaxt təklif etməyəcək”- deyə o açıqlamasında bildirib.

“Məsələ ondadır ki, Avropa Komissiyası bizdən onun AltStore və Epic kimi tətbiq mağazası operatorları tərəfindən yayılmasına icazə verməmizi xahiş edir. Onlar istifadəçi təhlükəsizliyi ilə bağlı narahatlığımızı bölüşməyə bilər”, – deyə Ajemian əlavə edib.

Apple-dan Avropa İttifaqına etiraz

Qeyd edək ki, Apple siyasəti AppStore vasitəsilə pornoqrafik və ya digər açıq məzmunun yayılmasını qadağan edir.

Apple əvvəllər iCloud yaddaşına yüklənmiş fotoşəkilləri uşaq pornoqrafiyası verilənlər bazası ilə müqayisə edən və bir neçə uyğunluq olduqda, onları İtkin düşən və İstismar Edilən Uşaqlar üçün ABŞ Milli Mərkəzinə köçürən xüsusi axtarış aləti hazırlanıb.

Избранный
9
azpost.info

1Источники