London, 4 fevral, AZƏRTAC
Məşhur britaniyalı aktyor və komediya ustası Brayan Mörfi 92 yaşında vəfat edib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, o, bazar günü səhər saatlarında Kent bölgəsindəki evində dünyasını dəyişib.
B.Mörfinin dostu və meneceri Tomas Bouinqton aktyoru istedadı və insanlığı ilə seçilən, sevinc dolu və ürəyiaçıq bir insan kimi xatırladığını deyib.
Qeyd edək ki, B.Mörfi xüsusilə 1970-ci illərin məşhur sitkomları “Man About the House” və “George and Mildred” seriallarındakı rolları ilə tamaşaçıların yaddaşında qalıb. Karyerası boyunca teatr və televiziya sahəsində geniş fəaliyyət göstərən aktyor son illərdə tibb dramı, eskiz proqramı, eləcə də komediya layihələrində çıxış edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London